Rayonun yaranma tarixi - 26.XI.1991
Ərazisi - 0,94 min. kv. km.
Əhalisi - 28583
O, cüm azərbaycanlılar - 15654
Digər əhali – 12929
İşğal günü - 26.02.1992
2016-cı ilin II rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 3 təhlili məruzə və 2 bülleten hazırlanmışdır.
Kənd təsərrüfatı
2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 2258 hektar taxıl səpilmişdir və 2258 hektar sahədən 51445 sentner məhsul götürülmüşdür. Rayonda yazlıq olaraq 149 hektarda kartof əkini, 52 hektarda yazlıq müxtəlif növ tərəvəz bitkiləri əkilmişdir.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı rübün sonuna 3443 baş, qoyun-keçinin baş sayı isə 18928 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 1300 sen, süd istehsalı 21000 sen, yumurta istehsalı isə 36 min ədəd, yun istehsalı isə 200 sent olmuşdur.
Rayonda rüb ərzində 459,2 min manatlıq təmir-tikinti işləri aparılmişdır.
Demoqrafiq vəziyyət
2016-cı ilin II rübü ərzində rayonumuzun əhalisi 28583 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15654 nəfəri isə azərbaycanlılar təşkil edir. Rüb ərzində 38 uşaq doğulmuş, 15 ölüm halı qeydə alınmış. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
Rüb ərzində rayona gələnlərin sayı 100 nəfər, gedənlərin sayı 73 nəfər olmuşdur. Rayonda başqa sa-hələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
Dünyamin ƏSƏDOV,
Xocalı RSİ-nin rəisi